ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatmasında bütün tərəflərin maraqlı olduğunu bəyan edib.
Army.az xəbr verir ki, Tramp bu barədə Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüş zamanı danışıb.
Ağ Ev rəhbəri bildirib ki, tərəflər Ukraynadakı müharibənin sona çatmasını istəyirlər.
Tramp əlavə edib ki, üçtərəfli sammitdən əvvəl Putinlə keçirdiyi ikitərəfli görüşdə də Ukrayna münaqişəsini uzun müddət müzakirə edib.
Qeyd edək ki, Vladimir Putin, Donald Tramp və Si Cinpin APEC sammitinin keçirildiyi Çinin Şençjen şəhərində bir araya gəliblər.
Rusiya nümayəndə heyətində xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, eləcə də baş nazirin müavini və maliyyə naziri Anton Siluanov yer alıb.
