Ev Dünya“Nüvə silahına yer yoxdur” – Takaiçi

“Nüvə silahına yer yoxdur” – Takaiçi

by Baş Redaktor
66 Baxış

Yaponiya hökuməti nüvə silahı ilə bağlı uzun illərdir tətbiq etdiyi əsas prinsiplərə sadiqliyini bir daha təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə Baş nazir Sanae Takaiçi Xirosimaya atom bombasının atılmasının 81-ci ildönümü münasibətilə keçirilən tədbirdə, faciədən sağ çıxanlarla görüş zamanı danışıb.

Baş nazir bildirib ki, ölkə nüvə silahına sahib olmamaq, onu hazırlamamaq və Yaponiya ərazisinə gətirilməsinə icazə verməməkdən ibarət üç əsas prinsipə əməl etməyə davam edəcək.

O vurğulayıb ki, Yaponiya gələcəkdə də beynəlxalq ictimaiyyətlə birlikdə nüvə silahı təhlükəsinin aradan qaldırılması və daha təhlükəsiz dünyanın qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.

banner

Əlaqəli Yazılar Xüsusi