Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun hərbi strategiyasını tənqid edərək, alyansın Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşdığını iddia edib.
Army.az xəbər verir ki, Zaxarova bu barədə açıqlamasında NATO-nun hərbi fəaliyyətində müşahidə olunan dəyişikliklərə diqqət çəkib.
Diplomatın sözlərinə görə, alyansın əvvəlki hərbi strategiyası üzv dövlətlərin sərhədlərinin müdafiəsinə və öz məsuliyyət zonasından kənarda hərbi zərbələrdən çəkinməyə əsaslanırdı. Lakin hazırda NATO-nun hərbi mövqelənməsində fərqli yanaşma müşahidə olunur.
Zaxarova alyansın mümkün müharibədə qələbə strategiyasını da tənqid edib. O, NATO strateqlərinin yanaşmasının təhlükəli olduğunu bildirərək, belə planların nüvə silahına malik dövlətlər arasında mümkün qarşıdurmanın nəticələrini nəzərə almalı olduğunu vurğulayıb.
