“Atəşkəs rejiminin pozulması, o cümlədən Livanda, sərt cavab tədbirləri ilə nəticələnəcək”.
Army.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib.
O qeyd edib ki, Livan və bütün “Müqavimət oxu” İranın müttəfiqləri olduğu üçün atəşkəs razılaşmasının ayrılmaz hissəsidir.
Qalibafın sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif də Livan məsələsinin əhəmiyyətini açıq şəkildə qeyd edib.
“Atəşkəs rejiminin pozulması açıq itkilər və sərt cavab tədbirləri gətirəcək. Təcili olaraq atəşi dayandırın,” – deyə o əlavə edib.
