ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin fəaliyyətindən və apardığı danışıqlardan tam xəbərdar olduqlarını iddia edib. O, hətta İran rəsmilərinin söhbətlərinin də Vaşinqton tərəfindən izlənildiyini bildirib.
Army.az xəbər verir ki, Tramp bu fikirləri Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
“Onların etdikləri hər şeydən xəbərimiz var. Dedikləri hər şeyi eşidirik”, – deyə ABŞ lideri vurğulayıb.
Tramp bu məlumatların məxfi xarakter daşıdığını qeyd etsə də, çıxışı zamanı onların məxfiliyini aradan qaldırdığını bildirib. O, bununla bağlı narahatlığa əsas olmadığını da əlavə edib.
Qeyd edək ki, Tramp bu açıqlamaları noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində təşkil olunan mitinqdə verib.
