DünyaABŞ–İran danışıqları üçün İsrailə “stop” siqnalı verildi

ABŞ–İran danışıqları üçün İsrailə “stop” siqnalı verildi

by Baş Redaktor
30 Baxış

Vaşinqton İsrailin Livanda apardığı əməliyyatlar nəticəsində atəşkəs razılaşmasının pozulmasının qarşısını almaq üçün bütün səylərini göstərir.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Bununla əlaqədar olaraq, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahudan “Hizbullah”a qarşı hücumları məhdudlaşdırmağı xahiş edib ki, ABŞ və İran qarşıdakı həftəsonuna planlaşdırılan danışıqları keçirə bilsinlər.

Tramp israilli liderlə telefon danışığında ona sərt mesaj verib və onların söhbəti həmişəkindən daha qısa olub. Eyni zamanda, Livan rəsmiləri davamlı sülhə nail olmaq üçün danışıqlara hazır olduqlarını bildiriblər, lakin bunun üçün onlar Təl-Əviv tərəfindən zərbələrin dərhal dayandırılmasını tələb edirlər”, – deyə qeyd edilib.

banner

You may also like

Leave a Comment