İranın keçmiş xarici işlər naziri Kamal Xərrazi ötən həftə hava hücumu zamanı aldığı xəsarətlərdən dünən gecə vəfat edib.
Army.az xəbət verir ki, bu barədə İran dövlət televiziyası məlumat verib.
“Xərrazi sabiq prezident Məhəmməd Xatəminin dövründə xarici işlər naziri, daha sonra isə sabiq Ali Rəhbər Ayətullah Əli Xameneinin xarici işlər üzrə müşaviri vəzifələrində çalışıb.
2022-ci ildə o, “Əl-Cəzirə”yə verdiyi açıqlamada bildirib ki, Tehranın nüvə bombası istehsal etmək üçün texniki imkanları var, lakin İran hələ də belə bir bomba yaratmaq qərarına gəlməyib”.
