Ukrayna Silahlı Qüvvələri “Neptun” uzaqmənzilli raketləri ilə Bryansk vilayətinə zərbə endirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya regionunun qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Onun sözlərinə görə, bütün hava hədəfləri hava hücumundan müdafiə (PVO) sistemləri tərəfindən vurulub, lakin raket qalıqları infrastruktura ziyan vurub. Vurulan Ukrayna raketlərinin qalıqlarının Yurasovo kəndinə düşməsi nəticəsində dörd yaşayış evi tamamilə məhv olub, daha 15 yaşayış binası isə zədələnib. Yaralananlar var.