Ev DünyaVuçiçdən Orbana dəstək – Macarıstanda seçkilər keçirilir

Vuçiçdən Orbana dəstək – Macarıstanda seçkilər keçirilir

by Baş Redaktor
25 Baxış

Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Viktor Orbanın lehinə mövqe sərgiləyib.

Army.az xəbər verir ki, bu barədə “Instagram” hesabında paylaşım edib.

Vuçiç qeyd edib ki, Orbanın seçkilərdə qalib gələcəyini və ya məğlub olacağını dəqiq bilmir, lakin Serbiya ilə Macarıstan arasındakı dostluq münasibətlərinə görə ona böyük minnətdarlıq hissi duyur.

Onun sözlərinə görə, bu əlaqələrin formalaşmasında Orbanın rolu əvəzsizdir və nəticədən asılı olmayaraq təşəkkürünü bildirir və seçkilərdə ona dəstəyini ifadə edir.

banner

Serbiya lideri həmçinin vurğulayıb ki, hətta Orban seçkilərdə məğlub olsa belə, serblər onun xidmətlərini unutmayacaq və ona daim minnətdar qalacaqlar.

Xatırladaq ki, Macarıstanda parlament seçkilərinin 12 aprel 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi