“ABŞ Prezidenti Donald Tramp vəzifədən uzaqlaşdırılmalıdır. Onun psixi problemi var”.
Army.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq rəhbəri Con Brennan deyib.
Con Brennan bildirib ki, Tramp vəzifədən kənarlaşdırılmalıdır və ABŞ Konstitusiyasının 25-ci düzəlişi məhz belə hallar üçün nəzərdə tutulub.
Brennan əlavə edib ki, Tramp İran sivilizasiyasının məhv edilməsi ilə bağlı düşünülməmiş açıqlamalar verib və onun açıq şəkildə zehni və psixoloji problemləri var.
