Ev ÖlkəRusiya: Ermənistan və Azərbaycan mühüm addım atdı

Rusiya: Ermənistan və Azərbaycan mühüm addım atdı

by Baş Redaktor
66 Baxış

Rusiya İrandan vətəndaşlarının təxliyəsi prosesində Ermənistan və Azərbaycanın mühüm dəstək göstərdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov TASS agentliyinə müsahibəsində məlumat verib.

O qeyd edib ki, Bakı Rusiya vətəndaşlarına 2020-ci ildən fərdi keçid üçün bağlı olan “Astarа” sərhəd keçid məntəqəsindən xüsusi müraciət əsasında istifadə imkanı yaradıb.

Diplomatın sözlərinə görə, İranda olan Rusiya vətəndaşlarının çıxarılması prosesində həm Azərbaycan, həm də Ermənistanın göstərdiyi yardım əhəmiyyətli rol oynayıb.

banner

Əlaqəli Yazılar Xüsusi