Ev Hərbi Xəbərlər“Geran” dronları düşsə də parçalanmır – iddia

“Geran” dronları düşsə də parçalanmır – iddia

by Baş Redaktor
27 Baxış

Ukrayna ərazisində zədələnməmiş Rusiya istehsalı “Geran” tipli pilotsuz uçuş aparatları tapıla bilər.

Army.az xəbər verir ki, bu barədə “Hərbi xronika” adlı Telegram kanalı məlumat yayıb.

Paylaşılan görüntülərdə yerə düşmüş dronun vəziyyəti və onun yoxlanılması əks olunub. Ehtimala görə, aparat texniki nasazlıq və ya radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində qəzaya uğrayıb.

Bildirilir ki, bu tip PUA-ların konstruksiyası onların böyük hündürlükdən düşərkən belə bütövlüyünü qorumasına imkan verir. Məsələn, şüşəplastik korpus zədələnmir, döyüş başlığı isə yerində qalır.

banner

Qeyd olunur ki, bu dronların geniş şəkildə istifadə olunması nəticəsində qarşı tərəfdə nisbətən sağlam vəziyyətdə qalan çoxsaylı nümunələr toplanır.

Mənbənin iddiasına görə, bu cür dronların sayı müəyyən həddə çatdıqda onların texnologiyasını təkrarlamaq və ya müxtəlif təxribat məqsədləri üçün istifadə etmək mümkün ola bilər.

Əlaqəli Yazılar Xüsusi