Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.
Army.az bildirir ki, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.
***15:10
Türkiyədə məktəbə silahlı hücum olub.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kahramanmaraş şəhərində yerləşən məktəblərdən birində silahlı hücum hadisəsi qeydə alınıb. İlkin məlumatlara görə, insident zamanı 6 yaralı və bir ölü məlumdur.
