Ev DünyaQahirədə tarixi görüş: ABŞ və HƏMAS ilk dəfə birbaşa danışdı

Qahirədə tarixi görüş: ABŞ və HƏMAS ilk dəfə birbaşa danışdı

by Baş Redaktor
28 Baxış

Qahirədə tarixi və dönüş nöqtəsi hesab olunan bir görüş baş tutub.

Army.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın yüksək səviyyəli nümayəndələri və HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağında elan edilən atəşkəsdən sonra ilk birbaşa danışıqları aparıblar.

HƏMAS mənbələrinə əsasən, çərşənbə axşamı gecəsi keçirilən görüşdə ABŞ-ın yüksək müşaviri Arye Laytsstoun, HƏMAS-ın baş danışıqlarçısı Xəlil əl-Hayya və Qəzza məsələləri üzrə xüsusi nümayəndə Nikolay Mladenov iştirak edib.

banner

Danışıqların əsas mövzusu oktyabr ayında əldə edilən kövrək razılaşmanın icrası olub. Xəlil əl-Hayya ABŞ tərəfinə İsrailin öhdəliklərinə tam əməl etməsinin vacibliyini, xüsusilə hücumların dayandırılması və humanitar yardımın artırılmasını çatdırıb.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment