Ukraynanın Avropadakı pilotsuz uçuş aparatlarının (PUA) yığım məntəqələrinə mümkün zərbələr barədə qərar
artıq verilib.
Army.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik bildirib.
“Düşünürəm ki, qərar çoxdan qəbul olunub. Məsələ onun nə vaxt həyata keçiriləcəyidir. Ali baş komandan nə vaxt lazım bilsə, o zaman icra olunacaq və zərbələr endiriləcək,” — deyə o bildirib.
Deputat vurğulayıb ki, Moskva Avropa ölkələrindən uçuş silahlarının maneəsiz şəkildə Kiyevin əlinə keçməsinə imkan verməyəcək.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yeni hücumlarının qarşısını almaq üçün Rusiyanın rəqibin kritik və hərbi infrastrukturuna zərbələri gücləndirməsi vacibdir.
