NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini, hava marşalı Con Strinqer Türkiyənin müdafiə sənayesinin nailiyyətlərini yüksək qiymətləndirərək, BAYKAR şirkətinin istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatlarını alyansın gələcək müdafiə konsepsiyası üçün uğurlu model adlandırıb.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Strinqer bu fikirləri Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Anadolu Agentliyinə verdiyi müsahibədə səsləndirib.
O qeyd edib ki, NATO istehsalçıdan tam asılı olan qapalı sistemlərdən imtina edərək, daha çevik, açıq və bir-biri ilə uyğun işləyə bilən müdafiə texnologiyalarına üstünlük verməlidir.
Hava marşalının sözlərinə görə, BAYKAR son illərdə müdafiə sənayesində ənənəvi yanaşmaları dəyişən və innovativ həlləri ilə seçilən aparıcı şirkətlərdən birinə çevrilib.
