22
İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Bəhreyn ərazisinə bir neçə dəfə zərbə endirdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, pilotsuz aparatlarla həyata keçirilən hücumlar ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı ciddi pozuntu olmaqla yanaşı, Bəhreyn vətəndaşlarının təhlükəsizliyini də birbaşa risk altına salır.