Ev Hərbi XəbərlərUkraynadan Rusiyaya kütləvi PUA hücumu – 105 aparat vuruldu

Ukraynadan Rusiyaya kütləvi PUA hücumu – 105 aparat vuruldu

by Baş Redaktor
13 Baxış

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin ölkə ərazisinə 105 pilotsuz uçuş aparatı (PUA) göndərdiyini açıqlayıb.

Army.az xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək 105 Ukrayna PUA-sını zərərsizləşdirib.

Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Kursk, Ryazan, Lipetsk, Rostov və Oryol vilayətləri, həmçinin Krasnodar diyarı, Krım və Azov və Qara dənizlərin akvatoriyaları üzərində vurulub.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Saratov vilayətinə kütləvi PUA hücumu həyata keçirdiyi bildirilmişdi. Həmçinin Yaroslavl vilayəti və Stavropol diyarındakı sənaye obyektlərinə hücum cəhdləri barədə məlumat yayılmışdı.

banner

Əlaqəli Yazılar Xüsusi