Avstraliya Müdafiə Qüvvələrinin M1A2 SEPv3 “Abrams” tanklarına Çin Xalq Azadlıq Ordusunun “Type 99A” tanklarında istifadə olunan kamuflyaj tətbiq edilib.
Army.az xəbər verir ki, bu barədə “Voennıy Osvedomitel” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, “Abrams” tankları Çin hərbi texnikasına xas pikselli kamuflyajlı panellərlə təchiz olunub. Tankın qülləsinə “Type 99A” tankındakı əlavə yanacaq çənlərinə bənzər elementlər yerləşdirilib. Həmçinin qüllənin arxa hissəsinə Çin tanklarına xas qoruyucu ekranın imitasiyası əlavə olunub.
Beləliklə, “Abrams” tankları hərbi təlimlər zamanı potensial düşmən texnikasını imitasiya etmək üçün Çin tanklarına bənzədilib.
