Ev DünyaZelenski Putin ilə görüşəcək – bu ölkədə

Zelenski Putin ilə görüşəcək – bu ölkədə

by Baş Redaktor
46 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Rusiya lideri Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa məlumat verib.

Onun sözlərinə görə, Ankara platformasında Ərdoğan və Trampın da qatılacağı Zelenski–Putin formatında liderlər görüşünün keçirilməsi mümkündür.

Sibiqa qeyd edib ki, bu təşəbbüs artıq Türkiyə tərəfinə çatdırılıb və Ankara sülh prosesində mühüm vasitəçi rolunu oynayır.

banner

Əlaqəli Yazılar Xüsusi