İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf müşavirlərlə görüş zamanı ABŞ ilə mümkün razılaşmaya qarşı çıxanlara kəskin tənqidlər səsləndirib.
Army.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Bildirilir ki, Vaşinqtonla son danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən Qalibaf Ali Milli Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili və radikal deputat Əmirhüseyn Sabeti kimi şəxsləri “İrana zərər verə biləcək ekstremist qruplar” adlandırıb.
O, bu düşərgənin dövlət televiziyasından istifadə etdiyini və ABŞ-la mümkün razılaşmaya qarşı çıxışı gücləndirmək üçün radikal tərəfdarları səfərbər etdiyini deyib.
Qalibaf həmçinin parlament sədri vəzifəsindən uzaqlaşdırılma ehtimalından və xarici işlər naziri Abbas Əraqçinin vəzifədən kənarlaşdırıla biləcəyindən narahatlığını ifadə edib.
