Ev DünyaNATO-nun gizli əməliyyatı iddiası: Rusiya gəmisi partladıldı?

NATO-nun gizli əməliyyatı iddiası: Rusiya gəmisi partladıldı?

by Baş Redaktor
13 Baxış

Rusiyaya məxsus və sualtı qayıqlar üçün nüvə reaktoru komponentləri daşıdığı bildirilən yük gəmisinin 2024-cü ilin dekabrında İspaniya sahilləri yaxınlığında batması beynəlxalq müzakirələri davam etdirir.

Army.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ursa Major” adlı gəminin başına gələnlər hələ də tam aydınlaşdırılmayıb və hadisə müxtəlif versiyalarla araşdırılır.

Telekanalın iddiasına əsasən, insident NATO üzvü ölkələrdən birinin Rusiyanın müttəfiqi Şimali Koreyaya modernləşdirilmiş nüvə texnologiyası çatdırılmasının qarşısını almaq üçün həyata keçirdiyi gizli müdaxilə ilə əlaqəli ola bilər.

banner

Məlumata görə, “Sparta-3” adı ilə də tanınan gəmi İspaniya sahillərindən təxminən 60 mil uzaqlıqda hərəkətdə olarkən qəza siqnalı göndərib.İspaniyalı araşdırmaçıların bildirdiyinə görə, hadisədən əvvəl gəminin sağ bort hissəsində ardıcıl üç partlayış səsi eşidilib.Faciə nəticəsində iki ekipaj üzvü həyatını itirib, 14 nəfər isə xilas edilərək təxliyə olunub.

Əlaqəli Yazılar Xüsusi