Ev DünyaHƏMAS Qahirədə nəyi müzakirə etdi? – Trampın 15 bəndlik planı gündəmdə

HƏMAS Qahirədə nəyi müzakirə etdi? – Trampın 15 bəndlik planı gündəmdə

by Baş Redaktor
59 Baxış

HƏMAS nümayəndə heyəti Qahirədə Misir kəşfiyyatının rəhbəri Həsən Rəşadla görüşərək Qəzzada müharibədən sonrakı dövr üçün hazırlanmış 15 bəndlik planın icrasını müzakirə edib.

Army.az xəbər verir ki, bu barədə Misirin dövlət xəbər agentliyi “Middle East News Agency” məlumat yayıb.

HƏMAS liderlərindən Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü planın həyata keçirilməsinə sadiq qaldığını bildirib.

Görüş zamanı Qəzzada atəşkəsin hazırkı vəziyyəti, İsrailin razılaşmanın şərtlərinə əməl edib-etməməsi və 15 bəndlik yol xəritəsinin icrasına başlanması məsələləri diqqət mərkəzində olub.

banner

HƏMAS nümayəndələrinin, həmçinin İsrail tərəfindən atəşkəsin pozulduğunu iddia etdikləri hallar barədə Misir rəsmilərinə məlumat verəcəkləri bildirilib.

Nümayəndə heyəti Qəzza ilə bağlı razılaşmanın icrasına hazır olduğunu bir daha bəyan edib.

Əlaqəli Yazılar Xüsusi