İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) həbs orderi ilə bağlı çağırışlara baxmayaraq, sentyabr ayında ABŞ-ın Nyu-York şəhərinə səfər etmək niyyətində olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Netanyahu səfər planından imtina etməyəcəyini vurğulayaraq bildirib:
“Əlbəttə, Nyu-Yorka gedəcəyəm. Orada həqiqəti nifrət yayan və Nyu-York sakinlərini bir-birinə qarşı qızışdıran seçilmiş məmurun qarşısında söyləyəcəyəm”.
Nəşrin məlumatına görə, Nyu-York meri Zöhran Mamdani daha əvvəl açıqlamışdı ki, şəhər rəhbərliyinin federal hökumətin dəstəyi olmadan BCM-nin həbs orderini icra etmək səlahiyyəti yoxdur.
