Ev DünyaVuçiçdən sensasion xəbərdarlıq – Avropa artıq ABŞ-a arxalana bilməyəcək

Vuçiçdən sensasion xəbərdarlıq – Avropa artıq ABŞ-a arxalana bilməyəcək

by Baş Redaktor
31 Baxış

Gələcək dövrdə Avropa artıq ABŞ ilə qeyd-şərtsiz müttəfiqliyə arxalana bilməyəcək.

Army.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib.

Vuçiçin sözlərinə görə, hazırda dünyada iki əsas güc mərkəzi – ABŞ və Çin formalaşıb:

“Avropa isə siyasi, hərbi və xüsusilə iqtisadi dəyişikliklərin dərinləşdiyi şəraitdə öz mövqeyini qorumağa çalışır. Vaşinqton və Pekin texnologiya, xüsusilə də süni zəka sahəsində digər ölkələri ciddi şəkildə qabaqlayır. Avropa isə bütün səylərinə baxmayaraq, məhdud enerji və xammal ehtiyatları, həmçinin sərt tənzimləmə siyasəti səbəbindən rəqabətdə geri qalır”.

banner

Əlaqəli Yazılar Xüsusi