ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında mümkün anlaşmanın yaxın vaxtlarda reallaşa biləcəyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində deyib.
Tramp Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini də təsdiqləyib:
“Tərəflər arasında razılığın əldə olunması ehtimalı yüksəkdir, lakin prosesin necə nəticələnəcəyini əvvəlcədən demək çətindir. Razılaşma istənilən vaxt baş tuta bilər, amma bunun olmayacağı variantı da var”.
Onun sözlərinə görə, İran tərəfi bu sazişin imzalanmasında Vaşinqtondan daha çox maraqlıdır.
