Ev Hərbi təhsilBakıda Azərbaycan və Gürcüstanın kibertəhlükəsizlik sahəsi üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Bakıda Azərbaycan və Gürcüstanın kibertəhlükəsizlik sahəsi üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

by Baş Redaktor
39 Baxış

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib. 

Army.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qurumları arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyi xüsusi vurğulanıb, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Əlaqəli Yazılar Xüsusi