Ev DünyaRusiyanın enerji sektoruna yeni zərbə – Güclü yanğın başlayıb

Rusiyanın enerji sektoruna yeni zərbə – Güclü yanğın başlayıb

by Baş Redaktor
25 Baxış

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının mayın 8-nə keçən gecə Rusiyanın “Slavneft-YANOS Oil Refinery” neft emalı zavoduna zərbə endirdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində zavod ərazisində güclü yanğın baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə obyektin ərazisindən qalxan alov və tüstü sütunları əks olunub. Şahidlərin sözlərinə görə, zərbədən sonra müəssisədə iri miqyaslı yanğın müşahidə edilib.

banner

“Slavneft-YANOS Oil Refinery” emal gücünə görə Rusiyanın ən iri neft emalı müəssisələrindən biri hesab olunur və ölkədə ilk beşlikdə yer alır. Zavodun illik emal potensialının 15 milyon tona qədər olduğu qeyd edilir.

Müəssisə eyni zamanda Rusiyanın Mərkəzi Federal Dairəsində fəaliyyət göstərən ən böyük neft emalı zavodu kimi tanınır.

Əlaqəli Yazılar Xüsusi