Ev Hərbi XəbərlərKiyevdən futuristik silah: dronlar havada məhv ediləcək

Kiyevdən futuristik silah: dronlar havada məhv ediləcək

by Baş Redaktor
37 Baxış

Ukraynada “Trizub” adlı yeni lazer silah sistemi hazırlanıb və hazırda son sınaq mərhələsindən keçir.

Army.az xəbər verir ki, yerli müdafiə texnologiyaları şirkəti “Celebra Tech” tərəfindən hazırlanan qurğunun yaxın vaxtlarda rəsmi təqdimatının keçiriləcəyi gözlənilir.

Məlumata görə, sistem artıq 1500 metrədək məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir. Döyüş bölgəsində geniş istifadə olunan FPV dronları üçün effektiv məhvetmə məsafəsinin 800-900 metr olduğu bildirilir.

Layihə üzərində çalışan mühəndislər lazer kompleksinin imkanlarını daha da genişləndirməyi planlaşdırırlar. Məqsəd sistemin təsir radiusunu 5 kilometrə çatdırmaqdır.

banner

Bu halda “Trizub” yalnız kəşfiyyat və FPV dronlarına qarşı deyil, həm də Rusiyanın istifadə etdiyi “Şahed 136” kamikadze pilotsuz aparatlarına qarşı istifadə oluna biləcək.

Əlaqəli Yazılar Xüsusi