Ev DünyaHörmüz boğazı yaxınlığında yeni insident: Pekin təsdiqlədi

Hörmüz boğazı yaxınlığında yeni insident: Pekin təsdiqlədi

by Baş Redaktor
29 Baxış

Çin Hörmüz boğazı yaxınlığında Çinlə əlaqəli neft tankerinin hücuma məruz qaldığını rəsmən təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hücuma məruz qalan gəmi neft məhsulları daşıyırdı və heyət üzvləri arasında Çin vətəndaşları da olub.

Rəsmi Pekin hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

banner

Hazırda ekipaj arasında ölən və ya yaralananların olması barədə məlumat verilməyib.

İnsident Körfəz regionunda təhlükəsizliklə bağlı narahatlıqların daha da artdığı bir dövrdə baş verib.

Əlaqəli Yazılar Xüsusi