Ev SiyasətABŞ nümayəndələri Kiyevə səfər edəcək – Zelenski

ABŞ nümayəndələri Kiyevə səfər edəcək – Zelenski

by Baş Redaktor
19 Baxış

ABŞ Prezidentinin nümayəndələrinin yaxın aylarda Kiyevə səfəri gözlənilir.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna və ABŞ arasında aparılan danışıqlar konstruktiv xarakter daşıyır və tərəflər diplomatik fəaliyyətləri daha da aktivləşdirməyi planlaşdırır.

Zelenski qeyd edib ki, müzakirələr humanitar məsələləri, o cümlədən hərbi əsirlərin dəyişdirilməsini də əhatə edir.

banner

Həmçinin təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmalar üzərində iş aparıldığı və tərəflərin sülh istiqamətində irəliləmək niyyətində olduğu vurğulanıb.

Əlaqəli Yazılar Xüsusi