Ev Dünya“Apocalypse II” xidmətdə: ABŞ-dən diqqətçəkən addım

“Apocalypse II” xidmətdə: ABŞ-dən diqqətçəkən addım

by Baş Redaktor
12 Baxış

ABŞ Hərbi Hava Qüvvələrinin B-1B “Lancer” strateji bombardmançısı modernizasiya işlərindən sonra yenidən xidmətə qaytarılıb.

Army.az xəbər verir ki, əvvəlcə “Rage” adlandırılan təyyarənin adı sonradan dəyişdirilərək “Apocalypse II” qoyulub.

Bu qərar İkinci Dünya müharibəsində itirilmiş məşhur B-24 bombardmançısının xatirəsinə qəbul edilib.Mərasimdə həmin dövrdə həlak olan ekipaj üzvlərinin nəslindən olan ailə nümayəndələri də iştirak ediblər.

86-0115 bort nömrəli B-1B “Lancer” Texasdakı “Dyess” Hərbi Hava Qüvvələri bazasında yenidən donanmanın tərkibinə daxil edilib.Bundan əvvəl təyyarə Oklahoma ştatındakı “Tinker” bazasında geniş yenilənmə və rənglənmə prosesindən keçib.

banner

“Apocalypse II” adı vaxtilə “Dyess” bazasında xidmət göstərən və “Apocalypse” adını daşıyan B-24J “Liberator” bombardmançısının şərəfinə seçilib.

Həmin təyyarə 436-cı Bombardman Eskadrilyasına məxsus olub və 1942-ci il dekabrın 1-də Birma üzərində vurularaq ekipajı ilə birlikdə məhv edilib.

Əlaqəli Yazılar Xüsusi