İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır.
Army.az xəbər verir ki, bu fikri ABŞ Senatının respublikaçı senatoru Tim Şihi səsləndirib.
Senator bildirib ki, Tehran rəhbərliyi bağladığı hər hansı razılaşmaya sadiq qalmaya bilər. Onun sözlərinə görə, bu səbəbdən İranın nüvə fəaliyyəti elə çərçivəyə salınmalıdır ki, ölkənin nüvə silahı istehsal etməsi texniki baxımdan mümkünsüz olsun.
Tim Şihi əlavə edib ki, İranın maliyyə imkanları, regiondakı proksi qüvvələri və Hörmüz boğazında təhlükə yaradan potensial vasitələri də sıradan çıxarılmalıdır.
