Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft təklifinin 2026-cı il üzrə dinamikasına dair proqnozunu yeniləyib. Agentliyin ekspertləri 2026-cı ildə dünyada gündəlik neft təklifinin 102,2 milyon barel səviyyəsində olacağını gözləyir.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mütəxəssislərin fikrincə, bu il qlobal neft təklifi gündəlik 4 milyon barel azalacaq. Onlar bu azalmanın əsas səbəbi kimi İranda müharibə səbəbindən Hörmüz boğazının uzunmüddətli bloklanmasını göstəriblər.
Məlumata görə, Tehran tərəfindən Yaxın Şərqin əsas logistika marşrutunun bağlanması qlobal enerji bazarında ciddi pozuntular yaradıb. ABŞ və İsrailin birgə hərbi əməliyyatından sonra dünya neft ixracının gündəlik 12,8 milyon barel azaldığı bildirilir.
Aprel ayında qlobal neft təklifi 1,8 milyon barel azalıb, may ayında isə əlavə 530 min barel eniş gözlənilir. Ekspertlər hesab edir ki, dünya neft ixracının bərpası ən tez 2026-cı ilin üçüncü rübündən sonra başlaya bilər.
