“Rusiya ilə Ukrayna arasında vasitəçilik edə biləcək yeganə ölkə ABŞ-dır”.
Army.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Əgər bunu sınamaq istəyən başqa biri varsa, qoy cəhd etsin. Amma hər iki tərəf bizə deməyə davam edir ki, yekunda bunu edə biləcək yeganə tərəf məhz bizik”, — deyə o bildirib.
Öz növbəsində, Kremlin nümayəndələri Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların mürəkkəb olacağını və çoxsaylı detalları əhatə edəcəyini vurğulayıblar.
