Rusiya Müdafiə Nazirliyi ölkə Silahlı Qüvvələrinin Donetsk vilayətində yerləşən Nikolayevka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu eyni zamanda Ukraynanın müdafiə sənayesi obyektlərinə və hərbi aerodromlarına qarşı genişmiqyaslı “cavab zərbəsi” həyata keçirib:
“Hücum zamanı “Kinjal” hipersəs raketləri də daxil olmaqla müxtəlif silah sistemlərindən istifadə olunub və müəyyən edilmiş bütün hədəflər vurulub”.
