Avropa İttifaqında xarici siyasət və diplomatik idarəetmə sisteminin yenidən təşkili ilə bağlı müzakirələr aparılır.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
Bildirilib ki, üzv dövlətlər arasında Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın səlahiyyətlərinin bir hissəsinin məhdudlaşdırılması ehtimalı nəzərdən keçirilir.
Nəşr yazır ki,Fransa və Almaniya diplomatik xidmət strukturunun qismən yenidən bölüşdürülməsi variantını müzakirə edir. Məqsəd Avropa İttifaqının geosiyasi böhranlara daha çevik və effektiv reaksiya verməsini təmin etməkdir.
İddialara görə, bu dəyişikliklər həyata keçirilərsə, Kallasın rəhbərlik etdiyi Aİ-nin Xarici Fəaliyyət Xidmətinin təsir imkanları azalacaq.
