Ev Hərbi Xəbərlərİsveçrənin F-35 proqramında böhran: Təyyarələrin sayı azaldıla bilər

İsveçrənin F-35 proqramında böhran: Təyyarələrin sayı azaldıla bilər

by Baş Redaktor
31 Baxış

İsveçrənin ABŞ istehsalı olan F-35A “Lightning II” qırıcılarının alınması proqramı maliyyə yükünün artması və sifariş sayının azaldılması ehtimalı fonunda qeyri-müəyyən mərhələyə keçib.

Army.az xəbər verir ki, əvvəlcə 36 ədəd döyüş təyyarəsinin alınması planlaşdırılsa da, son hesablamalara əsasən bu rəqəmin 30-a endirilməsi variantı nəzərdən keçirilir.

İsveçrə Federal Şurası 2026-cı ilin martında layihə üçün daha öncə təsdiqlənmiş 6,04 milyard İsveçrə frankına əlavə olaraq daha 394 milyon frank ayrılması təşəbbüsü ilə çıxış edib.

Məlumata görə, proqramın yekun dəyəri və təhvil alınacaq təyyarələrin dəqiq sayı ABŞ hökuməti, Lockheed Martin və Pratt & Whitney ilə aparılan danışıqların nəticəsindən asılı olacaq.

banner

Rəsmi hesablamaların isə yalnız 2027-ci ilin ikinci rübündə açıqlana biləcəyi bildirilir.

İsveçrə 2020-ci ildə keçirilən referendumdan sonra F-35A platformasını ölkənin gələcək əsas döyüş təyyarəsi kimi seçmişdi. Ancaq 2025-ci ildə aparılan maliyyə qiymətləndirmələri zamanı 36 təyyarədən ibarət paket üzrə xərclərin 1,3 milyard İsveçrə frankı həcmində arta biləcəyi müəyyən edilib.

Məhz bu maliyyə artımı səbəbindən sifariş ediləcək qırıcıların sayının azaldılması məsələsi gündəmə gəlib.

Əlaqəli Yazılar Xüsusi