Ev Hərbi XəbərlərSuriyada silah anbarında partlayış baş verib

Suriyada silah anbarında partlayış baş verib

by Baş Redaktor
8 Baxış

Suriyanın Hələb vilayətində hərbi obyektlərdən birinin ərazisində yerləşən silah-sursat anbarında bir neçə partlayış qeydə alınıb.

Army.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Hadisə Əl-Əys yaşayış məntəqəsinin yaxınlığında baş verib. Ərazidə əvvəlcə güclü partlayış baş verib, daha sonra isə ardıcıl partlayış səsləri eşidilib.

İlkin məlumatlara əsasən, partlayışların Suriya Müdafiə Nazirliyinə aid silah-sursat anbarında baş verdiyi bildirilir.

banner

Ərazidə təhlükənin hələ də davam etməsi səbəbindən xilasetmə və yanğınsöndürmə qruplarının hadisə yerinə yaxınlaşması çətinləşib.

Yerli sakinlərə təhlükəsizlik məqsədilə partlayışların qeydə alındığı əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Əlaqəli Yazılar Xüsusi