ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmilərinin Rusiya və Ukrayna nümayəndələri ilə təmaslarının mümkün olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, Luna bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Konqresmenin sözlərinə görə, sentyabrın sonunda Nyu-Yorkda baş tutacaq yüksək səviyyəli görüşlər zamanı ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəsmiləri Rusiya və Ukrayna ilə yanaşı, İran tərəfi ilə də müzakirələr apara bilər.