Rusiyanın universal planlaşdırma və korreksiya modulları (UMPK) ilə təchiz olunan sursatlarının analoqu sayılan yeni aviabomba artıq döyüş istifadəsinə hazırdır.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 17 ay ərzində hazırlanan məhsul bütün zəruri sınaqlardan uğurla keçib. Nazirlik artıq ilk eksperimental partiyanın satın alındığını açıqlayıb.
Komplektin texniki xüsusiyyətləri açıqlanmasa da, məlumatda bombanın “onlarla kilometr” məsafəyə zərbə endirə bildiyi vurğulanıb.
Yayımlanan görüntülərə əsasən, sistem ABŞ istehsalı olan 250 kiloqramlıq Mark 82 bombasına quraşdırılıb. Sınaqlar zamanı “ağıllı bomba” sovet istehsalı Su-24 bombardmançı təyyarəsindən buraxılıb.
