Ev Hərbi Xəbərlərİlk görüntü yayıldı: Moskva yeni Su-57 hazırlayır

İlk görüntü yayıldı: Moskva yeni Su-57 hazırlayır

by Baş Redaktor
30 Baxış

Rusiyanın ən müasir döyüş təyyarələrindən biri hesab olunan “Sukhoi Su-57” qırıcısının indiyədək məlum olmayan iki nəfərlik versiyasına aid olduğu iddia edilən görüntü yayılıb.

Army.az xəbər verir ki, fotoda təyyarənin tandem tipli iki yerlik kabinəyə malik olduğu görünür.

Yeni konstruksiya “Sukhoi Su-30” və “Sukhoi Su-27UB” modellərindəki yerləşimə bənzəyir. Arxa pilot oturacağının daha yüksək yerləşdirilməsi pilotun ön görüntü imkanlarını artırır.

Məlumat ilk dəfə Rusiya Hərbi-Kosmik Qüvvələrinə yaxınlığı ilə tanınan “Fighterbomber” teleqram kanalında yayılıb. Kanal iddia edir ki, yeni versiya artıq yerüstü hərəkət – taksi sınaqlarına başlayıb.

banner

Mütəxəssislər hesab edir ki, bu layihə Çinin iki nəfərlik “Chengdu J-20S” proqramına bənzər yanaşmanın nəticəsi ola bilər. Bununla yanaşı, Rusiyanın iki pilotlu taktiki döyüş təyyarələri sahəsində uzun illərə dayanan təcrübəyə malik olduğu vurğulanır.

Bildirilir ki, “Sukhoi” daha əvvəl Hindistanın tələblərinə uyğun iki nəfərlik “Su-57” konsepti üzərində də çalışmışdı.

Fotoda arxa fonun bulanıqlaşdırılması səbəbindən çəkiliş yerini müəyyən etmək mümkün olmayıb.

Əlaqəli Yazılar Xüsusi