ABŞ ilə Kanada arasında 80 ildən çox davam edən birgə müdafiə proqramıı dayandırılıb.
Army.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İkinci Dünya Müharibəsindən sonra yaradılan bu əməkdaşlıq mexanizmi uzun illər ərzində iki ölkə arasında təhlükəsizlik sahəsində koordinasiyanı təmin edirdi.
Pentaqonun açıqlamasına görə, ABŞ artıq həmin birgə strukturdakı fəaliyyəti müvəqqəti olaraq dayandırıb.
Vaşinqtonun iddiasına görə, Kanada üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir və real nəticələr əvəzinə yalnız vədlərlə kifayətlənir. ABŞ tərəfi bu səbəbdən “bir tərəfin öhdəliklərinə əməl etmədiyi forumun artıq effektiv olmadığını” bildirib.
