Ev DünyaErmənistanda hərbçilərə seçki xəbərdarlığı edilib – KİV

Ermənistanda hərbçilərə seçki xəbərdarlığı edilib – KİV

by Baş Redaktor
19 Baxış

Ermənistan Silahlı Qüvvələrində hərbçilərin yaşayış yerlərinə görə siyahıya alınması prosesi başladığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin yazdığına görə, hərbçilərə və onların ailə üzvlərinə iyunun 7-də keçiriləcək seçkilərdə iştirakla bağlı yoxlamaların aparılacağı barədə xəbərdarlıq edilib.

Məlumata əsasən, bu proses bəzi narazılıqlara səbəb olub və həmin dövr üçün əvvəlcədən təsdiqlənmiş məzuniyyətlərin də ləğv edildiyi bildirilir.

banner

Eyni zamanda iddia edilir ki, seçkilərdə iştirak etməyən hərbçilər və onların ailə üzvləri üçün mümkün “mənfi nəticələr” barədə xəbərdarlıqlar səsləndirilib. Hələlik hansı siyasi tərəfi dəstəkləməyin tələb olunduğu açıq şəkildə qeyd olunmasa da, bəzi mənbələr bunun dolayı şəkildə anlaşıldığını iddia edir.

Əlaqəli Yazılar Xüsusi