Ev DünyaZelenski Trampla görüşdü: “Müharibə qışa qədər başa çatmalıdır”

Zelenski Trampla görüşdü: “Müharibə qışa qədər başa çatmalıdır”

by Baş Redaktor
31 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüş keçirib.

Army.az xəbər verir ki, görüşün əsas mövzularından biri Rusiya-Ukrayna müharibəsinin dayandırılması və diplomatik prosesin mümkün istiqamətləri olub.

Zelenskinin sözlərinə görə, həm Vaşinqton, həm də Kiyev “mənasız rus müharibəsinin” qış başlamazdan əvvəl sona çatmasında maraqlıdır. O bildirib ki, tərəflər gərginliyin azaldılmasına yönəlmiş və diplomatik danışıqlar üçün zəmin yarada biləcək addımları müzakirə ediblər.

Ukrayna lideri, həmçinin Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin ölkə ərazisində istehsalına başlanması istiqamətində ABŞ və Ukrayna komandalarının apardığı işlərə görə Trampa təşəkkür edib.

banner

Zelenski qeyd edib ki, Rusiya danışıqlardan imtina edərsə və ballistik raketlərdən istifadə etməklə hücumlarını davam etdirərsə, bu imkan Ukrayna əhalisinin müdafiəsi baxımından mühüm rol oynaya bilər.

Əlaqəli Yazılar Xüsusi