Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Baltikyanı ölkələrin və NATO-nun ünvanına sərt açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, NATO üzvləri Ukraynaya qarşı 5-ci maddənin tətbiqini müzakirə etməlidirlər:
“Baltikyanı ölkələrdən gələn anti-Rusiya açıqlamalar “kiçik ölkələrin yüksək səsli ritorikası” kimi qiymətləndirilə bilər. Bu ölkələr Ukraynadan gələn pilotsuz uçuş aparatlarının yaratdığı hadisələr fonunda NATO çərçivəsində daha sərt addımlar tələb edə bilərlər.
Litva ərazisində Ukraynaya məxsus olduğu ehtimal edilən dronun düşməsi regionda əlavə gərginlik yaradıb”.
