“Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını alqışlayırıq”.
Army.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Bildirib ki, Ermənistan bu addımı alqışlayır və bunu Ankara–İrəvan münasibətlərinin normallaşdırılması prosesində növbəti mühüm nəticə kimi qiymətləndirir:
“Bu qərar iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi, biznes dairələri arasında əməkdaşlığın güclənməsi və regionda iqtisadi bağlılığın artması baxımından əhəmiyyət daşıyır.
Bu proses tam diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində atılan addımlar üçün əsas yarada bilər”.
