Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında keçirilən danışıqlarda Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub.
Army.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Çin münaqişənin siyasi və sülh yolu ilə həlli istiqamətində səylər göstərməyə hazır olduğunu bildirib:
“Rusiya Avropa ilə dialoq imkanlarını da istisna etmir. Bir neçə ay əvvəl Avropada Moskva ilə danışıqlar mövzusu gündəmdə olmasa da, hazırda potensial vasitəçilər və danışıqlar formatları müzakirə edilir. Biz hesab edirik ki, danışıq aparmaq tammiqyaslı qarşıdurmaya sürüklənməkdən daha yaxşıdır”.
