Ev GündəmTürkiyə erkən seçkilərə hazırlaşır? – KİV

Türkiyə erkən seçkilərə hazırlaşır? – KİV

by Baş Redaktor
26 Baxış

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndələri noyabr ayında növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi ehtimalını istisna etməyiblər.

Army.az xəbər verir ki, bu barədə “Cumhuriyet” nəşri hakim partiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, AK Parti rəhbərliyi əhalinin sosial rifahını yaxşılaşdırmağa yönəlmiş genişmiqyaslı dəstək proqramı hazırlayır. Məqsəd son dövrlərdə alıcılıq qabiliyyəti zəifləyən pensiyaçıların və aşağıgəlirli vətəndaşların etimadını bərpa etməkdir.İddialara əsasən, oktyabr ayında minimum pensiyanın 36 min lirəyə qaldırılması nəzərdə tutulur.

Bundan başqa, kommunal xidmətlərin ödənişi, mənzil kirayəsi və digər sosial sahələr üzrə yeni subsidiyaların tətbiqi planlaşdırılır.

banner

Nəşrin yazdığına görə, sosial dəstək tədbirlərinin həyata keçirilməsindən sonra noyabr ayında növbədənkənar seçkilərin elan olunması mümkündür. Mənbələr hesab edir ki, bu addım hakim partiyaya sosial təşəbbüslərin yaratdığı müsbət ictimai rəydən maksimum faydalanmağa imkan verə bilər.

Əlaqəli Yazılar Xüsusi