ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində yerləşən bir sıra hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, həftəsonu ABŞ hərbçiləri özünümüdafiə məqsədilə Garuk yaşayış məntəqəsində və Qeşm adası ərazisində yerləşən radar sistemini və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrini vurublar.
CENTCOM-un bəyanatında qeyd olunub ki, əməliyyat İranın “aqressiv hərəkətlərinə” cavab olaraq həyata keçirilib. Komandanlıq bu hərəkətlər sırasında beynəlxalq sular üzərində uçuş həyata keçirən ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulmasını da göstərib.
